Bərdədə narkotik Satışı ilə məşğul olan şəxs saxlanılıb.
Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində BƏRDƏ şəhəri, Səttarxan küçəsində yaşayan Əliyev Hünər Aydın oğlu
saxlanılmış, həmin şəxsin üzərinə baxış zamanı 1 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana
aşkar olunmuşdur. Həmin şəxsin əlaqəsində olan və narkotik vasitənin mənbəyinin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində Bərdə RPŞ araşdırma aparılır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.


