Gündəm 

Ermənistan konstitusiyası necə dəyişə bilər? – RƏY

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki,konstitusiya islahatlarına ehtiyac ilk növbədə rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərində mövcud problemləri nizamlamaq zərurətindən irəli gəlir.Konstitusiyaya əlavə və dəyişikliklər dövlət quruluşunun və ya sərhədlərin dəyişdirilməsi ilə bağlı hallarda keçirilir və referendum yolu ilə həllini tapır:

“Hazırda Ermənistanda ölkənin əsas qanunu üzərində iş gedir,konstitusiya islahatlarına ehtiyac ilk növbədə rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərində mövcud problemləri nizamlamaq zərurətindən irəli gəlir.Ermənistanın dövlət mustəqilliyi barəsində İstiqlal bəyannaməsinin mətnində bildiyimiz kimi Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar var.Onların hüquqi anlamda qüvvədə olduğu dönəmdə adı çəkilən dövlətlərlə münasibətlərdəki problemləri məhz hüquqi bazada həll etmək mümkün deyil.Bu isə Ermənistanın beynəlxalq birliyə inteqrasiyası,regional təhlükəsizlik problemlərinin həllinə ciddi əngəldir.Məlum ərazi iddialarının qüvvədə qalması Ermənistanı regionun bəlli dövlətləri ilə həmişə hərbi,siyasi qarşıdurma həddində saxlayır,onu regional layihələrə qoşulma imkanlarını məhdudlaşdırır,müdafiə xərclərini daim artırmağa sövq edir və müvafiq olaraq dövlətin sosial layihələrə maliyyə ayırmasını çətinləşdirir.Odur ki,Ermənistan müasir dövrün tələblərinə rəğmən konstitusiya islahatlarına ciddi hazirlaşır.Yeni konstitusiya Ermənistanı bitərəf dövlət elan edəcək ki,bu da ölkəyə geosiyasi güc mərkəzləri arasında manevr etmə imkanları verəcək,bitərəfliklə bağlı mövqe Qərbə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq perspektivləri yaratsa da,mahiyyət etibari ilə Ermənistanın bitərəf dövlət olaraq qalması,onun NATO-ya inteqrasiyasının qarşısında ciddi maneə olacağından bu faktor Rusiyanın regionla bağlı geosiyasi maraqlarına da cavab vermiş olacaq.Konstitusiyaya əlavə və dəyişikliklərə gəlincə,onlar dövlət quruluşunun və ya sərhədlərin dəyişdirilməsi ilə bağlı hallarda keçirilir və referendum yolu ilə həllini tapır”.

Daha çox xəbərlər