Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Dini Komitənin işində ciddi dəyişiklik edilməlidir” – ekspertlərdən çağırış

By Vüsal Rafiqoğlu
23.02.2024 3 Min Read

Kənan Rövşənoğlu: “Din sahəsində ciddi problemlər zamanla üzə çıxacaq”

Prezident İlham Əliyevin fevralın 16-da imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşmış oldu. Bir-iki istisna ilə. O sırada Dini Qurumlarla İş üzrə Dövlət Komitənin (DQİDK) sədri – 70 yaşlı Mübariz Qurbanlıya etimad göstərilmədi.  Ümumiyyətlə, son dövrlər komitə ilə bağlı narazılıqlar səngimək bilmirdi. Dini sahədə yaranan boşluqların olmasını məhz DQİDK-nın fəaliyyətsizliyi ilə əlaqələndirənlər çox idi.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da məsələ ilə bağlı mediaya açıqlamasında deyib ki, dini sahədə ciddi islahatlara ehtiyac var: “Bütövlükdə din siyasəti, din sahəsi komitəyə həvalə olunub. Ona görə də bu vəzifəyə təyin olunan şəxsin dini dərindən bilməsi çox önəmlidir. Digər tərəfdən, düşünürəm ki, sürətli formada lazımi islahatları həyata keçirəcək bir şəxs olmalıdır ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Mən əvvəlki müsahibələrimdə bu məsələyə geniş toxunmuşam. Dini Komitənin fəaliyyətindən narazılığımı dəfələrlə bildirmişəm. Hesab edirəm ki, komitə fəaliyyətini cənab Prezidentin apardığı siyasətə uyğun qurmayıb. Bu gün komitənin fəaliyyətində çox ciddi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Həm islahatlar, həm də dövlət-din münasibətləri ilə bağlı xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Komitə ümumiyyətlə fəaliyyətini yenidən qurmalı və daxildə çox ciddi kadr islahatları aparılmalıdır. Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Məlumdur ki, hazırda Səyyad Aran (sədrin keçmiş 1-ci müavini) komitə sədri səlahiyyətlərini icra edir. Bundan sonra komitədə nə kimi dəyişikliklər aparılmalıdır? İş necə qurulmalıdır? Boşluqlar əsasən harada idi? Səyyad Arandan gözləntilər nədir?

Onu da qeyd etməliyik ki, Azərbaycanda illərdir dini sahədə tolerantlıq, dözümlülük bütün dünyaya  nümayiş etdirilib. Bunu ölkəmizdə müxtəlif dindən, millətlərdən olan insanların hər hansı problem olmadan birgə yaşamasından açıq şəkildə görmək olur. Bu baxımdan dini sahə, din siyasətinin düzgün təşkil edilməsi ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, zaman-zaman Qərb və ya ona yaxın ölkələr dini alət edərək Azərbaycan əleyhinə hesabatlar hazırlayır, qərəzli çağırışlar edirlər. O baxımdan dini qurumlara rəhbərlik edən şəxslər və onların bu istiqamətdə fəaliyyəti də olduqca mühümdür.

Dini mövzular üzrə ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, dini sahədə görülməli olan çoxlu işlər var: “Təbii ki, ciddi əskikliklər də var, hansılar ki, zaman-zaman bunlar mediada ifadə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri son illərdə xeyli genişləndirilib və demək olar ki,  ölkədə dini fəaliyyətlərə əsas cavabdeh quruma çevrilib. Lakin qurum hələ də sovet metodlu nəzarət qurumu kimi fəaliyyət göstərir, halbuki hazırkı səlahiyyətləri komitənin nəzarət orqanı deyil, dini fəaliyyətləri həyata keçirən və onların təşkilində bilavasitə iştirak edən, başqa sözlə, dini vəziyyətə cavabdeh qurumdur. Bu mənada komitənin işində ciddi dəyişiklik edilməli, iş metodlarında ciddi islahatlara gedilməlidir. Doğrudur, bu, dini qurumlara nəzarət orqanıdır. Amma hazırkı səlahiyyətləri nəzarətdən daha çox işləri komitənin üzərinə qoyur, bu mənada komitə artıq yarandığı illərdəki funksiyalarının sərhədlərindən çox kənara çıxıb, böyüyüb. Odur ki, yeni iş prinsipləri tətbiq olunmalıdır. Kadrlar, sadəcə, məmurlar deyil, bu sahəni bilən, bu sahənin içində olan şəxslər olmalıdır. Çünki din sahəsi spesifik sahədir. Səyyad müəllim təcrübəli insandır, 10 ildən artıqdır komitədə yüksək vəzifə tutur. Uzun illərə dayanan jurnalist və idarəçilik təcrübəsi var. Ancaq onu düşünürəm ki, əvəzedici olaraq təyin ediblər. Səyyad müəllim də din sahəsinin adamı deyil. Baxmayaraq ki, təcrübəlidir. Mən düşünürəm ki, din sahəsində ciddi problemlər var. Bəziləri açıq görünür. Bəziləri isə hələlik gözə dəymir,  amma zamanla üzə çıxacaq. Buna görə də bu sahədə ciddi keyfiyyətə dəyişiklik edilməlidir. Baxaq görək, hakimiyyət bu işi kimə tapşıracaq”.

Hazırladı: Afaq MİRAYİQ

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Təhsildə “qarışqadan fil düzəldənlər” kimlərdir?

Next

Avropa Liqası “Qarabağ”la bağlı paylaşım edib – FOTO

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv