Övladlarınıza xoşbəxt olmağı öyrədin
Övladlarınıza xoşbəxt olmağı öyrətməkdən yorulmayın! Onlara indi sahib olduqları hər şeyin yaşamaq üçün kifayət olduğunu söyləyin. Əsl xoşbəxtlik onların öz daxilindədir. Eyni zamanda izah edin ki, ən yaxşısına nail olmaq üçün hər zaman daha çox səy göstərmək lazımdır.
Onlara uğursuzluğun yalnız bir fantaziya olduğunu öyrədin. Hər cəhd bir uğurdur. İndi çətin kimi görünən bir yolda atılan hər addımın onları qələbəyə doğru apardığını söyləyin.

Övladlarınıza Dünya, insan və Yaradanla bir olduqlarını öyrədin. Təəssüf ki, biz böyüklər bunu daim unuduruq!
Övladlarınıza onların istəyə biləcəkləri hər şeyin mövcud olduğu bolluq dünyasında yaşadıqlarını öyrədin. Və bunu əldə etmək üçün sadəcə əlini uzadıb özünə inanmalısan.
Övladlarınıza həyatlarında istədikləri hər şeyi layiqli şəkildə həyata keçirə biləcəyini öyrədin.
Onlara başqaları ilə yarışmaq məcburiyyətində olmadıqlarını bildirin. Övladlarınıza heç kimi mühakimə etməyə ehtiyac olmadığını öyrətdiyinizə əmin olun! İnsanlar fərqlidirlər və onların davranışı da fərqlidir.

Uşaqlarınıza onların hər bir hərəkətinin həm yaxşı, həm də pis nəticələri ola biləcəyini izah edin. Dünyada ölüm olmadığını, ancaq sonsuz bir Səyahət olduğunu söyləyin.
Uşaqlarınıza heç kəsi şərti olaraq sevməməyi öyrədin. Uşaqlarınıza xüsusi olmağı öyrədin, bu daha yaxşı olmaq demək deyil. Bu, sadəcə fərqli olmaq deməkdir.
Bütün bunları övladlarınıza sözlə deyil, əməllərinizlə öyrədin!
Siz indi necə yaşasanız, onlar da elə yaşayacaqlar.
Çünki uşaqlar valideynlərinin əksidir.
Könül Əliyeva, “İki sahil”
(Mənbə – https://potok.fun/teksty/teach_your_kids/)

