AUTİZMƏ MƏNƏVİ SƏYAHƏT…
AUTİZM XƏSTƏLİK DEYİL,FƏRQİNDƏLİKDİR
Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayıimış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil.
“Arantv.az”-ın verdiyi məlumata görə, “Aran Media Group MMC”-nin rəhbərliyi,”Min İl”Tədris Mərkəzi,”Əbədi Birlik” Gənclər İctimai Birliyi,BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi,”Eyubov MMC” və “Vətənpərvər Gənclər MMC”-in təşkilati dəstəyi ilə təlimçi Lalə Cəfərovanın təqdimatında “Autizmə mənəvi səyahət “ adlı təlim təşkil edildi.
Seminarda təlimçi,fortepiano müəllimi Lalə Cəfərova,Müəllim,pedaqoq,”Aran Media Group”-un direktoru, Şeyda Əzizova,”Aran Media Group”-un meneceri,”Min İl “Tədris Mərkəzinin rəhbəri Nərmin Quliyeva,”Aran Media Group”-un müəllim heyəti,təmsilçiləri,”Əbədi Birlik”Gənclər İctimai Birliyinin təmsilçiləri,psixoloqlar,müəllimlər,tələbələr və b. İştirak etmişdilər.
Seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,daha sonra Vətən müharibəsi şəhidlərininin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk olaraq söz “Aran Media Group”-un direktoru Şeyda Əzizovaya verildi.Şeyda Əzizovanın qonaqları salamlamasının ardından seminarın mahiyət və məqsədini təlim iştirakçılarının nəzərinə çatdırmasının ardından seminar açıq elan olundu.
Seminarda təlimçi ,fortepiano müəllimi Lalə Cəfərova çıxış etdi.
Birinci hissədə təlimçi “Autizmli uşaqlarla necə rəftar edilməlidir”,”Ölkəmizdə autizmli uşaqlar üçün hansı addımlar ata bilərik?”və s. Kimi mövzulara toxundu.
Həmçinin Lalə xanımın Türkiyədə yaşadığı zaman içində əldə etdiyi bilikləri,autizmli uşaqlarla çalışdığı müddətdə rastlaşdığı hadisələri izləyicilərlə bölüşməsi maraqlı anlara səbəb oldu.
Son olaraq tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

Arantv.az

