Mingəçevirdə məktəb direktorunun rüşvət videosu yayıldı – VİDEO
Son bir neçə ildir ki, ölkəmizin təhsil sektorunda çalışan bir çox vəzifə sahiblərinin qol qoyduqları qanunsuzluq əməllərinin varlığı səbəbindən, bu gün də bu sahə daha çox ictimai qınağa tuş gəlməkdədir.
İstər təhsil müəssisələrində dərsilklərin lazımi səviyyədə tədris olunmaması, davamiyyətin günün tələblərinə cavab verməməsi, dərsliklərin bərbad vəziyyətdə olması, fond pulu, süpürgə pulu, müəllim pulu və s. adlar altında yığılan pullar və s. məhz təhsil sektorunda qanundan kənar atılan addımlardır. Növbəti birabırçılıqların, hər cür həngamə və qanunsuzluqların tüğyan etdiyi təhsil müəssisələrindən biri də, məhz Mingəçevir şəhər 4 saylı tam orta məktəbin olduğu bildirilir.
Belə ki, gundemxeber.az xəbər portalının redaksiyasının ünvanına Mingəçevir şəhəri, Naxçıvan küçəsi-42, mən-84 ünvanında yaşayan Rahimova Həbibə Yuldaş qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə, həmçinin KİV nümayəndələrinə yazdığı şikayət ərizəsinin surəti daxil olub. Həbibə Rahimova şikayət ərizəsində qeyd edir:

