Cəmiyyət 

Emin Əmrullayev məktəblərdə baş verən hadisələrlə bağlı brifinq keçirəcək

“Azərbaycan məktəblərində baş verən bütün hadisələr araşdırılır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev son günlər məktəblərlə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, məktəblərdə baş verən hadisələr təsdiqini tapdığı zaman tədbir görülür. Nazir əlavə edib ki, bir neçə gün sonra brifinq keçirib, məktəblərlə bağlı suallara cavab verəcək.

Daha çox xəbərlər