Azərbaycanın iqtisadiyyat naziri “Yutong” şirkətinin nümayəndə heyəti ilə görüşüb – FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə nazir öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr aparılıb.

