Hadisə 

Bərdədə baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub – YENİLƏNİB + FOTO

Bərdədə baş verən ağır qəzada yaralananların kimliyi məlum olub.

“Report”un məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev, 1991-ci il təvəllüdlü Elçin Natiq oğlu Qasımov xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı həmçinin iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

20:56

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər