Cəmiyyət 

Otellərdə nikah kağızının tələb olunması qanunidir?- AÇIQLAMA

zərbaycanda bəzi otellərə girişdə nikah kağızı tələb olunur. Azyaşlı şəxslərin oteldə gecələməsi necə tənzimlənir, otellərə nəzarət hansı səviyyədədir?

Mövzu ilə bağlı BiG.AZ-a Skal Baku Turizm pesekarlari Assosiasiyasının sədri Ceyhun Aşurov deyib.
Otellərdə nikah kağızının tələb olunması qanunidir?- AÇIQLAMAO bildirib ki,18 yaşına çatmayan şəxslər otellərdə öz qəyyumu, valideyni ilə təbii ki qala bilər.

“18 yaşdan yuxarı şəxs isə müstəqil şəxs sayılır, onlara görə heç kim cavabdeh sayılmır. Amma 16 yaşlı şəxsə görə isə hava limanında belə bir ölkədən başqa ölkəyə getməsi bir başqa şəxsə təhvil verilməklə mümkündür. Otellərdə də vəziyyət oxşardı. Əgər otelə gələn şəxsin 16 yaşı tamam olmayıbsa, yanında valideynləri yoxdursa, o otelə buraxılmaya bilər. Otellərə nəzarət isə mütəmadi keçirilir. Otellərdə qalmaq üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.Bəzi otellərin isə daxili qaydalarına görə, nigah kağızı tələb olunur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrində qeyd edilir ki, oteldə qalmaq istəyən vətəndaş, əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər. Cütlüklərdən oteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur.

Mülki Məcəllənin 400.2-ci maddəsinə əsasən, otel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqların qəbulundan imtina edə bilməz. Bu maddəyə görə, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən, yaxud onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.

Daha çox xəbərlər