Gündəm 

Azərbaycan Türkiyə şirkətini natrium sianid istehsalına cəlb etmək istəyir – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə Azərbaycanda natrium sianid istehsalı layihəsini müzakirə edib.

Bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik”, – deyə o qeyd edib.

 

Daha çox xəbərlər