Cəmiyyət 

Məktəblərdə iş dəftərlərinin ödənişsiz olması müzakirə edilir – RƏSMİ

“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:

“Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.

Daha çox xəbərlər