Ceyhun Bayramov Antalyada qırğızıstanlı həmkarı ilə görüşüb – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
Bu barədə XİN-in sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilir ki, nazirlər qardaşlıq əlaqələrinin genişləndirilməsi və bir sıra sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb.

