Cəmiyyət 

ANAMA: Ötən ay azad olunan ərazilərdə 600-ə yaxın mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə fevral ayı ərzində 159 tank əleyhinə mina, 437 piyada əleyhinə mina, 1 941 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 4562,6 hektar ərazi minalardan təmizlənib.

Daha çox xəbərlər