Cəmiyyət 

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 88 kq işlənmiş batareya təhvil alınıb

”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Space filialından, “Bravo” supermarketlər şəbəkəsinin Koroğlu və 20 yanvar filiallarından, 230 nömrəli orta məktəbdən ümumilikdə 88 kq işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.

İşlənmiş batareyaların tərkibindəki zərərli maddələr insan sağlamlığına və ətraf mühitə təhlükə yaradır. İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.

Ətraf mühitə həssaslıqla yanaşaraq işlənmiş batareyaları təhvil verən bütün vətəndaşlara təşəkkür edirik.

Daha çox xəbərlər