Cəmiyyət 

Pula necə qənaət edək?

Hesabınızın balansına baxarkən, pulların niyə işıq sürəti ilə xərcləndiyini düşünürsünüzsə, deməli təcili olaraq büdcənizin idarə edilməsinə  diqqət yetirməyin  zamanı çatıb.

“Ehtiyac” və “istək” arasındakı tarazlıq

Ən vacib həyat ən əsas tələbatınız üçün ay ərzində  xərclədiyiniz məbləği dəqiq deyə bilərsinizmi? Çoxumuz kommunal xidmətlərə və ipotekalara təxminən nə qədər pul xərcləndiyini bilirik. Lakin çox az adam sabit xərclərin dəqiq siyahısını saxlayır.

Rifahınızın ikinci komponenti “dəyişən xərclər”dir və onlar daha maraqlıdır. Kinoya getmək, yeni qadjet, dəbli restoranda şam yeməyi, yaxınlarınız üçün hədiyyələr, tətil səfərləri və s. komponentlər həyatı daha rahat və  əyləncəli edir. Ancaq onlarsız da yaşamaq mümkündür.

Müasir kouçların  dediyi kimi, həyatda ən əsas balansdır. Nəyə ehtiyacınız olduğunu bilmirsinizsə, o zaman  alış-verişə nə qədər pul xərcləyə biləcəyinizi təxmin edə bilməyəcəksiniz. Çox güman ki, daha çox xərcləyəcəksiniz və belə olduqda əsas ehtiyaclar üçün kifayət qədər pul qalmayacaq.

Bunu necə nizamlamaq olar: 1-2 ay ərzində tamamilə bütün xərclərinizin qeydiyyatını aparmağa başlayın – ofisə gedən yolda bir fincan qəhvədən tutmuş bütün xərclərinizi  və hətta borc verdiyiniz pulları belə. Kiçik xərclərin nə qədər  əhəmiyyətli bir məbləğə çatması heç də  az adamı dəhşətə gətirməyib.

Artıq bir çox bank proqramları xərclərinizin hesabını aparmaq  təklifini edir. Lakin  ayrıca bir tətbiq yaratmaq və bütün xərcləri sizin qeyd etməyiniz daha maraqlıdır – bu üsulla  həyatınızın əsas komponenetlərinin dəyərini biləcəksiniz.

Bu yanaşma ilə həyatınızın hansı sahələrini təkmilləşdirməyin vacib olduğunu və hələlik hansı xərclərdən çəkinməyin daha yaxşı olduğunu planlaşdırmaq  asan olacaq.

Kreditlər, insan tərəfindən yaradılan bir çox vasitə kimi, planlarınızı və ambisiyalarınızı həyata keçirmək üçün çox faydalı ola bilər.Lakin şüursuz şəkildə istifadə edildikdə, sizi əsl maliyyə tələsinə sürükləyə bilər.

Mənzil almaq üçün ipoteka faydalı kreditdir. Lakin yeni telefon almaq və ya əyləncə üçün istifadə edilən kredit daha sonra borc tələsinə çevrilir. Vaxtı çatanda isə ondan xilas olmaq üçün  daha çox səy göstərib və daha çox pul sərf etmək məcburiyyətində qalırsan. Banklar bizə xəyalımızdakı həyatı sərfəli kredit şərtləri ilə ala biləcəyimiz fikrini satır. Lakin bu şərtlərə diqqətlə baxsanız, onlar artıq o qədər də cəlbedici olmadığını görəcəksiniz. Sadə sözlərlə desək banklar güzəştli kredit şərtləri ilə öyünə bilər, o halda ki, siz pulu faiz hesablanana qədər faktiki olaraq qaytarırsınız. Bütün digər hallarda isə siz banklar üçün bir növ passiv gəlir mənbəyisiniz.

Bəs bütün bunlarla nə etməli? Aylıq kredit ödənişlərinizin məbləğini ümumi gəlirinizin 30-40%-ni keçməsinə imkan verməyin və kreditləri mümkün qədər tez bağlamağa çalışın.

Ümumiyyətlə, pul nəyə görə lazımdır? Ən ümumi cavablardan biri: Təbii ki, yaşamaq üçün! Bu, ağlabatan səslənir. Lakin çox vaxt gündəlik işdə olduğumuz üçün nə qədər fərqli yaşaya biləcəyimizi unuduruq. Əgər həyatınızın necə olmasını istədiyinizi bilmirsinizsə, mütləq sizə bunu necə edəcəyinizi söyləyəcək biri olacaq. Pullarla  da eynidir: pulunuzu hara yönəltmək istədiyinizə dair konkret planlarınız yoxdursa, o zaman pullarınız təsadüfi xərclərə və ya gözəl reklam şirkətlərinin təsiri altına düşməyə davam edəcək.

Əslində, bir çox insanların firavan həyat anlayışı eynidir: maaşdan maaşa qədər yaşamaq, qocalıqda nəinki pensiya ilə hesablaşmaq, ev tikmək, uşaqların mümkün qədər yaxşı təhsil alması üçün pul ödəmək.  Bütün bunlar gözəl səslənir. Lakin bunların heç biri məqsəd deyil.

Bu cür xəyalları konkret, ölçülə bilən və real rəqəmlərlə onlara nə qədər vaxta çatmaq istədiyinizi bir yerə qeyd etməyənə qədər, onlar yalnız xəyallar olaraq qalacaqlar. Çox vaxt qeyri-realdırlar,  belə genişmiqyaslı işlər müəyyən maliyyə intizamı tələb edir. Məsələn: əgər maaşınız ayda elə də yüksək rəqəm təşkil etmirsə, onda övladınızı İsveçrədə özəl məktəbə oxumağa göndərmək xəyalınız ya başqa gəlir tapana qədər, ya da xəyalınızı reallığınıza uyğunlaşdırana qədər xəyal olaraq qalacaq.

Bu suallara cavab verin: Nəyə görə məhz bu təhsil?  Onu haradan əldə edə bilərsiniz? Neçəyə başa gəlir? Hansı əlaqəli xərcləri nəzərə almaq lazımdır? Bundan sonra bu məbləğə çatmaq üçün nə qədər qazanmaq, qənaət etmək, investisiya qoymaq lazım olduğunu hesablayın. Artıq bu mərhələdə, sizi bu məqsədə mümkün qədər yaxınlaşdıracaq investisiya portfelini toplamağa kömək edəcək etibarlı maliyyə məsləhətçisi ilə əlaqə saxlamaq faydalı ola bilər.

İrimiqyaslı hədəfə hansı yanaşma  olar bilər? Kiçikdən başlayın – məsələn, xəyal etdiyiniz tətilə ildə bir dəfə gedin. Keçmişdə bənzər bir tətilin sizə neçiyə  başa gəldiyini hesablayın və ilin sonuna kimi eyni səyahəti rahatlıqla ödəyə bilmək üçün hər ay nə qədər qənaət etməli olduğunuzu anlayın. Artıq tanış və əlçatan bir şey üzərində məşq etdikdən sonra xəyallarınızı genişləndirmək və onları hədəflərə çevirmək daha asandır.

Çox maraqlıdır, amma heç nə aydın deyil.

Keçmişin məktəbləri bizə X-i necə tapmağı bilməklə yanaşı, maliyyə savadlılığını da öyrətsəydilər çox gözəl olardı. Lakin bu təcrübə qlobal miqyasda yenicə meydana çıxmağa başlayır. Çoxlu sayda pulsuz və faydalı maliyyə məlumatlarına çıxışımız var. Lakin nədənsə biz tez-tez maliyyə savadlılığımızı yaxşılaşdıra bilmirik.

Bu qorxunun məntiqi ümumiyyətlə aydındır: əgər siz bank hesabınıza baxarkən narahatçılıq hiss edirsinizsə, o zaman maliyyə vəziyyətinizin təfərrüatlarına nəzər yetirin.  Bir çox maliyyə məsləhətçilərinin təcrübəsindən göründüyü kimi, insanın maliyyə vəziyyətinin qiymətləndirilməsinin nəticəsi hətta vəziyyət olduqca çətin olduqda belə onu dərin depressiyaya salmaq əvəzinə, əksinə ruhlandırır və  hesaba nəzarət etmək hissini artırır.

Həyatın bəzi digər sahələrində olduğu kimi, oyunun qaydalarını bilməmək sizi məsuliyyətdən azad etmir. Buna görə də pulun hansı qaydalarla xərcləndiyini hansı resurslarla işlədiyini, sizdən nə qədər pul alınır və hansı öhdəliklər var, bunları bilsəniz, pulla ümumi dil tapmaq daha asan olacaq.

Xərclərinizi izləmək, həyatınızın necə görünməsini istədiyinizi və bunun üçün nə qədər pul tələb etdiyini başa düşmək yalnız başlanğıcdır. Növbəti addım aktivlərinizin (maliyyə dəyəri olan) və öhdəliklərinizin (nəyə pul xərclədiyiniz) aydın qiymətləndirilməsidir. Sizin üçün mövcud olan investisiya imkanlarını başa düşməkdir ki, hətta siz yatarkən belə pulunuz sizin üçün işləməyə başlayır. Ən əsas qızıl qaydanı unutmayın: pulun qayğısız idarə edə biləcəyiniz bir vasitə olduğu səviyyəyə keçməzdən əvvəl, onu necə idarə olunacağını öyrənmək mərhələsindən  keçmək lazımdır. İnsan patoloji olaraq pul istəyir. Burada başa düşməlisiniz ki, pul məqsəd olmamalıdır, ona nail olmaq üçün bir vasitədir. Lakin bunun üçün onun köməyi ilə tam olaraq nə əldə etmək istədiyinizi aydın şəkildə bilməlisiniz.

Bir çox insanlar şəxsi həyatlarını yaşamırlar və tanınmaq üçün ehtiyaclarını pulla ödəməyə çalışırlar: Mənə hörmət etmələrini istəyirəm. Ona görə də hər kəsə (özüm də daxil olmaqla) uğurun atributlarını nümayiş etdirməliyəm. İnsanlar öz güvənsizliklərini aradan qaldırmaq üçün müəyyən imic yaratmağa başlayırlar. Bahalı avtomobillər, mənzillər, evlər, paltarlar alırlar, sanki bundan xoşbəxt olurlar. Maddi səviyyədə özlərini dostları, qonşuları, həmkarları ilə müqayisə edirlər.

İnsanın daxili dəstəyi olmadıqda kənar dəstək axtarır və ona nail olmağa çalışır ki, ona baxıb: “Bu necə də gözəldir, şanslıdır” desinlər.

Sizə həqiqətən əhəmiyyət verməyən insanları heyran etmək üçün vaxtınızı, pulunuzu və səyinizi lazımsız şeylərə sərf etməyəcəksiniz. Bildiyiniz kimi, tarixdə ancaq psixoloji yarası olan insanlar iz qoyur. Əlinizdə olanlarla harmoniya hiss edirsinizsə, hətta  pis yaşasanız da,  eyni zamanda, özünüzü yaxşı hiss edirsinizsə, bu, sağlam psixikadan xəbər verir. Özünüzlə və pulunuzla harmoniyada olmaq üçün sonda nə əldə etmək istədiyinizi anlamalı və özünüzü qonşunuzla deyil, yalnız dünəninizlə müqayisə etməlisiniz.

Bizə sağlam dəyərlər iyerarxiyası lazımdır. Sizin üçün daha vacib olan nədir: yaxşı ailə, çoxlu pul, karyera və ya yaradıcılıq uğuru? Əgər belə bir iyerarxiya qurulmayıbsa, birinin arxasınca digərini qurban verə bilərsiniz. Pulun özünün bizi xoşbəxt etməməsi lotereyada cek-potu udan , lakin heç nə ilə nəticələnməyən insanlarla bağlı bütün hekayələr bunu sübuta yetirir. Eynilə dünyada çox zəngin və dəhşətli dərəcədə bədbəxt insanlar var ki, onların çoxu da patoloji olaraq acgözdür. Onlar üçün pul əsas nailiyyətə çevrilib və onu itirməkdən qorxurlar.Məsələn, qadınlar səxavətli kişiləri niyə sevirlər? Səxavət rahatlıq nümayiş etdirir, insanın pula bağlı olmadığını göstərir. Çünki o, bunun yalnız müəyyən sevincləri əldə etmək üçün bir vasitə olduğunu başa düşür. Lakin özlüyündə bir dəyər deyil. Eyni zamanda, təbii ki, biz onları elə idarə etməliyik ki, bu, bizi maliyyə çöküşünə aparmasın.

Sonda sizə verəcəyimiz son məsləhət: Bacarıqlarınızdan düzgün istifadə edin. Öz maddi vəsaitlərinizin qədrini bilin və onları ağıllı və nizamlı şəkildə xərcləyin.

Daha çox xəbərlər