Cəmiyyət 

Keyfiyyətli kolbasa və sosiskanı necə seçək? – AÇIQLAMA

Kolbasa və sosiska bir çox insanların sevimli qəlyanaltısıdır. Bəs aldığımız bu məhsulların keyfiyyətindən necə əmin ola bilərik?

Mövzu ilə bağlı BiG.AZ-a danışan qida eksperti İsa Əliyev bildirib ki, müştərilər bildikləri, tanıdıqları markalardan istifadə etsinlər. Çünki güclü markalar öz məhsullarında saxtakarlığa icazə vermirlər. Digər adı -sanı bilinməyən brendlər saxtakarllğa meyl göstərə bilirlər:

“İstehsal olunan kolbasa və sosiska məhsulu düzgün sanitar və gigiyenik qaydalara riayət olunmadıqda və ya qablaşdırılması, inqridentləri standartlara uyğun deyilsə, bu amillər insanda zəhərlınmələrə gətirib çıxara bilər. Simptomları bəllidir, baş ağrısı,ürəkbulanması, qaytarma və s. Bu, qısa müddətdə özünü büruzə verəcək zərərdir. Amma hər hansı müştəri daimi olaraq keyfiyyətsiz kolbasa və sosiskadan istifadə edirsə və içərisindəki inqridentlər standartlara uyğun deyilsə, istifadə olunan yağlar keyfiyyətdə geri qalırsa, müəyyən vaxtdan sonra uzunvadəli xəstəlikərə, obeziteyə,yüksək təzyiqə, hətta xərçəngə belə gətirib çıxarır. Bu səbəbdən istehlakçılara tövsiyəm bundan ibarətdir ki, bildikləri, tanıdıqları markalardan istifadə etsinlər. Çünki güclü markalar öz məhsullarında saxtakarlığa icazə vermirlər. Həmin böyük brendlərin 2 cür məhsulları olur:premium və imitasiya. Premium məhsula istehlakçının ekonomik gücü çatmırsa, o zaman imitasiya məhsullarından istifadə etsin. Çünki ən azından əmin olacaqlar ki, bu brend dövlət tərəfindən qeydiyyatdan keçib. Digər adı -sanı bilinməyən brendlər saxtakarllğa meyl göstərə bilirlər”.

Daha çox xəbərlər