Qusarın Hil kəndində Od çərşənbəsi özünəməxsus ənənə ilə qeyd olunub – YENİLƏNİB + VİDEO
Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsini ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də böyük coşqu ilə qeyd edirlər.
Şimal bölgəsində yaşayan ləzgilər isə bu bayramın adətlərini daha da rəngarəng edirlər.
Baku TV Qusarın Hil kəndində olub və burada yaşayan ləzgilərin Novruz adət-ənənələri ilə tanış olub.
Hil kənd sakini Xuzəmməd Xasayev bildirib ki, bu bayramda qonşular bir araya gəlir, çərşənbəni birlikdə qeyd edirlər:
“Belə daha maraqlı olur, çərşənbəni yaxşı qarşılayırıq ki, il də yaxşı keçsin. Od çərşənbəsində od qalayıb, ətrafına toplaşırıq, bayatılar deyirik. Ləzgi mahnıları oxuyub, rəqs edirik”.
Ətraflı süjetdə:
21:36
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi xalq arasında “Üskü”, “Adlı” çərşənbə də adlanır. Qədim tarixə malik olan milli bayramımız cənub bölgəsində özünəməxsus ənənə ilə qeyd olunur.
Lənkəran sakini Saleh İsrafilov deyib ki, bayram axşamı süfrədə mütləq balıq olmalıdır: “Lənkəran bölgəsində balıq süfrəmizdən əskik olmur. Yazın gəlişində qışda yediyimiz təamlarla vidalaşmaq üçün son dəfə olaraq döşəmə plov hazırlayırıq”.
Adət-ənənəyə görə, od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla bütün azar-bezarları yandırırlar. Odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Belə bir inam var ki, od çərşənbəsindən sonra təbiət isinər, insanlara xoşbəxtlik gətirər.
Ətraflı Baku TV-nin süjetində:

