Cəmiyyət 

Anadangəlmə ürək qüsuru olan uşaqların əməliyyat üçün hansı QAYDA TƏTBİQ OLUNUR?

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur və əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə Bona Dea Hospitalına göndəriş verilir.

Bu fikirləri “İki sahil”ə aşıqlmasında Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirdi.

Onun sözlərinə görə, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlara təcili cərrahi müdaxilə tələb olunarsa uşaq və onun qanuni nümayəndəsinin Respublika Uşaq Klinik Xəstəxanasına yönləndirilməsinə ehtiyac yoxdur. Təcili tibbi yardım tələb olunan hallarda yenidoğulmuşun vəziyyəti və transportabelliyi nəzərə alınaraq küvəzlə təmin olunmuş reanimobildə neonatoloq və tibb bacısının (mama) müşayiəti ilə uşaq əməliyyat üçün birbaşa Bona Dea Hospitalına çatdırılmalıdır.

Bu halda tibb müəssisəsi tərəfindən son diaqnozun qoyulması və yekun icra olunacaq əməliyyatın təyinatı üçün Agentliyin məsul şöbəsinə bu barədə elektron sorğu göndərilməli və razılıq alınmalıdır.

Daha çox xəbərlər