Maraqlı 

Bu həftə varlanacaq bürclər – İş təklifi, pul…

Bu həftə iş həyatında 3 bürcü uğur gözləyir. Astroloqlara görə, onlar bu həftə əldə edəcəkləri fürsətlər sayəsində öz maddi durumlarını yaxşılaşdıra biləcəklər.

Həmin bürclər Balıqlar, Şir və Oxatan bürcləridir.

Balıqlar – üzərində çalışdığınız layihələrin təqdimatı üçün uyğun zamandır. Yox cavabı eşitməkdən çəkinməyin, maddi durumunuzu qaydasına salmaq üçün son şans ola bilər.

Şir – iş təklifləri ala bilərsiniz. Bu, sizə çoxdandır arzuladığınız maliyyə rahatlığını gətirəcək. Odur ki, doğru qərarlar vermək lazımdır.

Oxatan – iş həyatında uğurlu həftə gözlənilir. İş yoldaşlarınızla ünsiyyətə diqqət edin, işinizdə maneələrin yaranması planlarınızı suya düşürə bilər. Əldə edəcəyiniz məbləğləri planlı şəkildə xərcləməlisiniz. (Metbuat.az)

Daha çox xəbərlər