Hadisə 

Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb

Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən bir avtomat silahı, bir tüfəng, 11 qumbara, 28 patron darağı, üç alışdırıcı, 3 200 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

Daha çox xəbərlər