Narkomaniya bəşəriyyət üçün təhlükəlidir
XXI əsrdə-sivlizasiyanın, texnologiyanın ən intibah dövrünü yaşayan müasir dünyamız narkomaniya kimi ciddi ümumbəşəri bəladan çox əziyyət çəkməkdədir.
Narkomaniyaniyanın qorxunc nəticələrindən danışarkən yaddan çıxarmaq olmaz ki, bu ümumbəşəri bəla, ilk növbədə, adamlarda insanlığı məhv edir, şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsli bəlli olmayan, özünün insan olduğunu dərk etməyən canlı məxluqa çevirir.
Bəşəriyyət qarşısında duran mürəkkəb və çoxaspektli, hüquqi, sosial, mənəvi, iqtisadi, tibbi və psixoloji xarakterli arzuolunmaz neqativ nəticələrə gətirib çıxaran narkomaniya Azərbaycanda da aktual olaraq qalır. Narkomaniyaya qarşı mübarizə tədbirləri nə qədər gücləndirilsə də o, yoluxucu xəstəlik kimi yayılmaqda davam edir.
Respublikamızda bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya və 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Ölkəmiz bu beynəlxalq konvensiyalara qoşulmaqla yanaşı, ümumbəşər bəla olan narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılması, bu istiqamətdə görüləcək işləri kordinasiya etmək, silsilə şəkildə maarifləndirmə, bir sıra ideoloji işlərin görülməsi üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaratmış, narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallığını artırmış, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi, onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti artırmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, elecə də rayon icra hakimiyyətlərində fəaliyyət göstərən komisiyyaların cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların ən müxtəlif dövlət strukturların, xüsusən də hüquq-mühafizə orqanların bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi çox təqdirəlayiqdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən ümumiləşdirilmiş təhlildə qeyd olunan tapşırıq və tövsiyələrin icrasının təmin edilməsi məqsədilə Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası hər il üçün yeni iş planı hazırlayır, aidiyyəti idarə və təşkilatlara müvafiq tapşırıqlar verir. Dövlət Proqramına əsasən narkomanlıqla mübarizə sahəsində yerlərdə, xüsusilə də təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına böyük diqqət ayırır, bu istiqamətdə işlərin intensivliyini artırır.
Narkotiklərin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti, rayon Polis idarəsi, təhsil, səhiyyə və digər aidiyyəti orqanlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Komissiyasının iş planına uyğun olaraq keçirilmiş müşavirələrdə, konfranslarda, dövriyyədən çıxarılmış narkotik maddələrin məhvində və digər tədbirlərdə iştirak edirlər. Məktəblərdə, liseylərdə, kolleçlərdə dövlət təşkilatları ilə birlikdə narkomanlığın, HİV infeksiyasının və hepotitlərin profilaktikası sahəsində müvafiq tədbirlər, konfranslar təşkil edilir, müxtəlif mövzularda mühazirələr oxunur. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyinə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilməsi barədə ətraflı maarifləndirmə işləri aparılır.
Narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində təlim-tərbiyə müəssisələrində müxtəlif mövzularda toplantılar, diskussiyalar, açıq dərslər, inşa yazı müsabiqələri keçirilir, məktəblərdə divar qəzetləri buraxılır, rəsm sərgiləri, anket-sorğular təşkil edilir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və rayon Polis idarəsinin birgə təşkilatçılığı ilə təhsil müəssisələrində keçirilən bütün tədbirlərdə ilk əvvəl narkomaniyaya aid şagirdələrin əl işlərindən ibarət rəsm-sərgisi və mövzuya aid videoçarxlar nümayiş etdirilir və tədbir iştirakçılarına Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış braşuralar və bukletlər paylanılır.
Onu da qeyd edək ki, keçirilən bütün tədbirlərdə şagirdlər, müəllimlər, valideyinlərlə yanaşı, aidiyyəti qurumların, rayon ərazisində fəaliyyət göstərən bəzi QHT-lərin rayon təşkilatların əməkdaşların, dini icma sədrlərin, məscid imamların, din xadimlərin, rayon ictimaiyyəti nümayəndələrin və qəsəbə ziyallıların da iştirakı təmin edilir
Məktəblərdə çətin tərbiyə olunan və dərsdənyayınan uşaqların qeydiyyatı aparılır, Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən uşaq sahə inspektorları cəlb edilməklə bu kateqoriyadan olan uşaqlarla həm fərdi qaydada, həm də valideynlərinin iştirakı ilə profilaktik söhbətlər aparılır, həmin uşaqlara müəllimlər təhkim olunur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, həmçinin “Xaş-xaş” şərti adı altında qabaqlayıcı kompleks əməliyyat tədbirləri çərçivəsində Sabunçu Rayon Polis İdarəsi tərəfindən bir sıra işlər həyata keçirilir, rayon ərazisində narkotik vasitələrlə bağlı törədilən cinayət hadisələrinin qarşısının alınması, aşkar edilib açılması istiqamətində əməli tədbirlər görülür, əhalinin istirahət etdiyi yerlərdə reydlər və əməliyyat yoxlamalar təşkil edilir. Rayon üzrə dispanser qeydiyyatında olan narkomanların adlı və ünvanlı siyahıları dəqiqləşdirilir, habelə onlar barəsində digər mühüm məlumatlar toplanılır və yaşayış yerləri üzrə sahə inspektorlarının profilaktiki qeydiyyatına götürülür.
2023-cü il ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində Sabunçu rayon ərazisində 565 cinayət faktı aşkar olunmuşdur. Onlardan 382 saxlanma, 172 satış və 11 əkin təşkil etmişdir. Cinayətkarlardan müsadirə olunaraq götürülmüş, ümumi çəkisi 49 kq 395 qram olan narkotik vasitələrindən 33 kq 323 qramı marixuana, 13 kq 938 qramı heroin, 2 kq 165 qramı tiryək və 2 kq 235 qramı isə digər narkotik maddələr olmuşdur. “Xaş-xaş 2023” tədbirlər planının icrası ilə əlaqədar rayon ərazisində 11 əkin (yaş cəkisi 25 kq. 425 qram olmaqla 561 ədəd çətənə kolu) aşkar olunaraq məhv edilmişdir. Rayon ərazisində yaşayan və Narkoloji mərkəzdə narkoman kimi qeydiyyatda olan 1243 nəfər narkomanı rayon polis əməkdaşları daimi nəzarətdə saxlamaqla yanaşı, əməliyyat-profilaktiki tədbirlər də həyata keçirilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında Azərbaycan Respublikasının 28.06.20005-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10. 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydasına əsasən 01.11.2023-cü il tarixdə Sabunçu Rayon Prokuroluğunun inzibati binasının arxa hissəsində olan həyətdə “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvetmə komissiyası”nın sədrinin və üzvlərinin iştirakı ilə 363 fakt üzrə (30 kq. 451 qram) müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları (“iPhone 14 Pro” markalı telefonun kamerası ilə fotoşəkil çəkilməklə) yandırma yolu ilə məhv edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası işini “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın və eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2024-cü ilə dair iş planının bəndlərinə uyğun qurmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın qarşısını almaq üçün əlaqədar dövlət qurumları ilə birgə təbliğat və maarifləndirmə işlərini günün tələbləri səviyyəsində qurur.
Ədalət Teymurov,
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İstimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

