“20 Yanvar” stansiyasında terror aktı törədilməsindən 30 il ötür
1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilmişdir. Terror nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanmışdır. Həlak olanların arasında Azərbaycan Respublikasının Xalq artisti Rafiq Babayev də var idi. 1994-cü il martın 20-də Ulu Öndər Novruz bayramı münasibətilə xalqa təbrik edərkən bu terroru böyük faciə adlandırmışdır.
Araşdırmalar zamanı məlum olmuşdur ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı “Sadval” təşkilatının üzvləri tərəfindən həyata keçirilimişdir. Təxribatçılar Bakının digər məkanlarında da partlayışlar törətməyi planlaşdırmışdılar.
“20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin şəxslərdən biri – Azər Aslanov istintaqa bildirmişdir ki, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, terrorçu Zori Balayandan almışdır. Bəzi məlumatlara görə, bu terror aktından sonra dostları ilə məclis keçirən Zori Balayan çaxır stəkanın qaldıraraq tost deybmiş.
Qeyd edək ki, 19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları “20 Yanvar” metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.

