Dünya 

Moskva-İrəvan aviareysi ilə uçan təyyarədə bomba həyəcanı: Saxlanılan var – YENİLƏNİB

Polis əməkdaşları Şeremetyevo hava limanında çantasında bomba olduğunu bildirən qadını saxlayıblar.

Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, qadının çantası yoxlanılıb və heç bir partlayıcı qurğu, yaxud maddə aşkar edilməyib.

Mənbə: TASS

16:21

Moskva-İrəvan aviareysi ilə uçan qadın sərnişin bel çantasında bomba olduğunu bildirib.

Hadisə Şeremetyevo hava limanında baş verib.

İrəvana uçan təyyarəyə minən qadın dərhal stüardessalara əl yükündə bomba olduğunu deyib.

Uçuş təxirə salınıb. Hadisə yerinə polis çağırılıb.

Mənbə: news.ru

Daha çox xəbərlər