Hadisə 

Cəlilabadda avtomobil yanıb

Cəlilabad şəhərində yanğın olub.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Cəlilabad şəhərində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər