Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.

“Report”un Sumqayıt bürosu xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:

“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. Həmin yeddi nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”.