Cəmiyyət 

Azərbaycanda minimum pensiya 400 manata qaldırılır? – AÇIQLAMA

Bu gün saytımıza ən çox verilən sualllardan biri minimum pensiyanın artırılmasıdır. Məlum olduğu kimi, son illər bu sahədə dövlətimiz çox mühüm tədbirlər həyata keçirib. Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var. Bu baxımdan Azərbaycanda minimum pensiya 400 manata kimi çatdırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Asif ibrahimli bildirib ki, Azərbaycanda son on ildə 10 dəfə əmək və yaşa görə pensiyalara artım edildi:

“Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 11.2 faiz pensiyaar və maaşlara artımlar edildi. Bu miqdarda artırılmasının isə səbəbi var. Belə ki, əldə olan statistik məlumatlar toplanıldı. Nə qədər inflyasiya baş veribsə, ona uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan əməkdaşlara və eyni zamanda pensiyalara əlavələr tətbiq edildi. Bu o deməkdir ki, minimum pensiya 2023-cü ildə olan minimum pesiyanın üzərinə 11.2 faiz əlavə vəsait gələcək. Sözügedən artım orta vı minimum pensiyaya şamildir”.

Xatırladaq ki, Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manata, minimum pensiya 280 manata çatıb. Bununla yanaşı, Azərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Ölkə başçısı bir daha bu məsələyə toxunaraq müəyyən məqamları diqqətə çatdırdı.

Daha çox xəbərlər