Region Xəbərləri Təhsil 

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

29.03.2024-cü il tarixində Bərdə rayon A.Süleymanov adına Şorəlli tam orta məktəbdə tarix müəllimi Ayşən Nəbiyeva “31 Mart Azərbaycanlıların Soyqırımı Günü’nə həsr olunmuş dəyirmi masa keçirib.
Soyqırım bir millətin, xalqın soyunun şüurlu şəkildə qırılması, məhvi deməkdir. Ermənilər azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım etmişlər. Düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti bir əsrdə bir neçə dəfə təkrarlanmış, 31 martda Stepan Şaumyanın başçılığı altında qısa müddət ərzində 50 mindən çox azərbaycanlı həlak olmuşdur.
Bu gün dünyanın müxtəlif ölkələrində 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
Eyni zamanda, məktəblərdə də bu gün yad edilmiş, tariximizin qanlı səhifəsi barədə məlumatlar gələcəyimiz olan şagirdlərə çatdırılmışdır.

Daha çox xəbərlər