Dünya 

Albaniyada miqrantları daşıyan avtomobil dərəyə yuvarlandı: Çox sayda ölən var – VİDEO

Bu gün səhər saatlarında Albaniyada miqrantları daşıyan avtomobil qəzaya uğrayıb.

Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil paytaxt Tiranadan təxminən 240 kilometr aralıda yerləşən Vjosa çayına düşüb və parça-parça olub.

Maşında olanların hamısı, o cümlədən yeddi miqrant və sürücü həlak olub.

Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında 100 minə yaxın miqrant bu marşrutdan istifadə edib.

Mənbə: Albanian Daily News

Daha çox xəbərlər