Ramazana görə bayram sovqatı ödənilməyə BAŞLANDI
Türkiyədə təqaüdçülər üçün 3 min lirəyə qaldırılan bayram mükafatı bu gündən verilməyə başlanıb. 50 faiz artımla təxminən 16 milyon təqaüdçü 3 min lirəlik sovqatdan faydalanacaq. Mükafatların ödənilmə tarixləri də əmək haqqı cədvəlinə uyğun olaraq müəyyən edilib.
ARANTV.AZ xəbər verir ki, bu haqda Türkiyənin Sosial Müdafiə Təşkilatın (SGK) məlumat yayıb.
Qeyd edilib ki, bu çərçivədə ödəniş günləri 17 və 18 olanlara aprelin 2-də, 19, 20, 21 və 22 olanlara aprelin 3-də və 23, 24, 25 və 26 ödəniş günləri olanlar üçün isə aprelin 4-də müavinətlər yatırılacaq.
Digər çərçivədə gəlir və pensiya alan bütün təqaüdçülər aprelin 5-də sovqatlarını alacaqlar.