Bərdə rayonunda abadlıq-quruculuq işləri görülür VİDEO
Bərdə rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq abadlıq, təmir-bərpa işləri, vətəndaşların rahat hərəkəti və istirahəti üçün lazımi tədbirlərin görülməsi davam etdirilir.
Kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri hazırda şəhər ərazisindəki bir sıra küçə və prospektlərdə davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni səkilərin salınması, deformasiyaya uğrayan səki yenilənməsi, asfalt örtüyünün salınması və digər abadlıq-quruculuq işləri aparılır.
Hazırda şəhərin Şəhid Elməddin Hüseynzadə küçəsində 1.3 km uzunluğunda daxili yolun asfaltlanaraq vətəndaşların istifadəsinə verilməsi istiqamətində işlər davam etdirilir.