Xankəndidə 16 silah və sursat aşkarlanıb
Xankəndi şəhərində 16 silah aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 2-də Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, bir pulemyot, bir tüfəng, 47 patron darağı, 900 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

