Azərbaycanda 165 nəfər ZƏHƏRLƏNDİ – Ölənlər var
Mart ayı ərzində KTM-ə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub.
Bu barədə Kliniki Tibbi Mərkəzdən açıqlama verilib.
Şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.
Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub.
Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb. (APA)