Cəmiyyət 

Bakıda vətəndaş kanalizasiyada baş verən partlayışda ölüb? – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Xəzər rayonun Binə qəsəbəsində ölümlə nəticələnən hadisənin kanalizasiya xəttində baş verdiyi iddia olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən ərazidə ümumiyyətlə kanalizasiya xətti olmayıb:

“Ərazidə kanalizasiya xətləri mövcud deyil. Vətəndaş özünə məxsus quyuda iş görərkən bədbəxt hadisə baş verib”.

01:54

Bakının Xəzər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Şahid Ədalət oğlu Mehrəliyev yeraltı su kanalizasiya xəttində iş görən zaman oradan keçən qaz borusunda sızma olub.

Nəticədə partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər