Hazırda ölkə ərazisində küləyin ən güclü olduğu bölgə açıqlandı – YENİLƏNİB
“Ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir. Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə güclü küləkli hava şəraitinin son durumu barədə açıqlama verərkən bildirib.
“Naftalanda küləyin sürəti 28 m/silent , Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”, – deyə G.Məmmədova əlavə edib.
09:52
Ölkə ərazisində davam edən küləkli hava şəraiti axşama doğru zəifləyəcək.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 metr/saniyə, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”, – deyə G.Məmmədova qeyd edib.

