Bakının mərkəzində yanan maşında ölən var? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO
“Baş verən hadisədə hər hansı xəsarət və ya ölüm faktı qeydə alınmayıb.”
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
Qeyd olunub ki, yanan avtomobil artıq ərazidən götürülüb.
12:54
Mikayıl Useynov prospekti, “Dəniz Mall”ın qarşısında avtomobillərdən birində yanğın baş verib.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən Lökbatan dairəsi istiqamətində yolda sıxlıq yaranıb.
Əzizə İsmayılova

