Cəmiyyət 

Maraqlı inanc: Bu bölgəmizdə göy guruldamamış bu bitkini dərmirlər – VİDEO

Yaz fəsli dağlarda və kəndlərdə yalnız özü ilə gətirdiyi əlvanlı və xoş ovqatla yox, həm də dərman tərkibli bitkilərdən hazırlanan dadlı yeməklərlə hiss olunur. Naxçıvanın dağlarında, dərslərində bitən belə bitkilər sakinlərin yaz fəslində əsas qidalarından biri hesab olunur.

Elə ki, yaz gəldi Şahbuz rayonunun Sələsüz kəndinin qız gəlinləri dağ göyərtilərini yığıb müxtəlif yeməklər hazırlayır. Sonxeber.az xəbər verir kiz sakinlər “Apa TV”nin əməkdaşları ilə həmsöhbət olub.

“Hazırda yığdığımız bitki əvəlikdir. Yazda bundan çox istifadə edirik. Hətta biz bunu quruduruq və qışda belə istifadə edirik. Digər yığdığımız bitki yoncadır. Bunu da bir çox yeməklərdə istifadə edirik”.

Naxçıvanda yaşlı nəsil deyir ki, yazın gəlişi ilə baş qaldıran göyərtiləri yalnız göy guruldayandan sonra yığmaq lazımdır. İnanca görə göy gurultusu cücərən çöl göyərtilərinə əlavə dad verir. Təndirlər salınar, yığılan göyərtilərdən isə ləzzətli qutab və kətə bişirərlər.

Ətraflı “Apa TV”nin süjetində:

Daha çox xəbərlər