Cəmiyyət 

Alma haqda bunları bilməlisiniz!

Alma unikal xüsusiyyətlərə malikdir və o cümlədən kolon xərçəngindən qoruyur. Bu meyvənin tərkibində bağırsaq mikroflorasının tərkibinə faydalı təsir göstərən pektin var.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, alma həll olunan liflə zəngindir ki, bu da bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırmaqla yanaşı, kolon xərçənginin qarşısını alır.

Bu meyvə həm də iltihabı azaltmağa kömək edən bitki birləşmələri olan polifenolları ehtiva edir.

Qeyd edilib ki, almanın tərkibində ağciyərlərin fəaliyyətinə faydalı təsir göstərən və allergik reaksiyaları azaldan flavonoidlər var.

Daha çox xəbərlər