Ramazan bayramına həsr edilmiş xeyriyyə tədbiri keçirilib
Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi,Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsinin sakinləri üçün “Ramazan payı” adlı xeyriyyə tədbiri keçirilib.Bayram tədbiri təşkilatçı-prodüser Lalə Dadaşovanın, “Nur Organization”-nın rəhbəri Kamran Nurun, “Əkinçi”- Təhsil,Ekologiya və Sosial Tərəqqi naminə İctimai Birliyinin təsisçisi Emin Hacısoy TürkƏrin, “Aran Media” Groupunun direktoru Şeyda Əzizovanın, “Mübarizlər” İctimai Birliyinin sədr müavini Gülnar Nəsiblinin, “EduSun təhsil mərkəzinin” təsisçisi Cavid Şakiroğlunun, “Mübarizlər” idman klubu MMC-nin direktoru Elxan Əhmədovun birgə təşkilatçılığı ilə baş tutub. Tədbir təşkilatçı Lalə Dadaşovanın başlatdığı “Bir zərrənin sevinci” adlı xeyriyyə marafonu çərçivəsində, aparıcı Zeynəb Kəngərlinin təqdimatında Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilərək, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk olaraq, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Vüsal Hətəmov və 1 saylı psixonevroloji sosial xidmət mərkəzinin müdir müavini Murad Qəhrəmanlı çıxış edərək,tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər. Pedaqoq,”Aran Media” Group -un rəhbəri Şeyda Əzizova çıxış edərək mərkəz sakinlərini bayram münasibəti ilə təbrik etdi və xoş arzularını bildirdi.Daha sonra Milli Məclisin deputatı,İlahiyyət üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Respublika prokurorluğunun idarə prokuroru Məmməd Əliyev çıxış edərək öz ürək sözlərini mərkəz sakinləri ilə bölüşərək tədbirdə əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər. Bayrama özəl hazırlanmış konsert proqramında Hövsan Mədəniyyət Sarayının “Zəfər” xor kollektivinin ifasında “Ramazan” mahnısı səsləndirilmiş və rəqs nümayiş olunmuşdur. Konsert proqramında populyar müğənni Rövşən Binəqədili, Zaur Quluzadə, Ağazaman Salamzadə, bəstəkar “Qarabağ bülbülü” Aybəniz Bəhramqızı, Aysel Əlizadə, Dağıstanlı müğənni Nadia Mikayıl və “Nağıl Band” musiqi qrupu, Ədalət Abasov, Qismət Osmanov, Əli Fezullayev, Gülnaz Nəbili, Əsnad Əliyeva, Kamal Dadaşov və rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə mərkəzin sakinlərini sevindiriblər. Təşkilatçılar tərəfindən mərkəzin sakinlərinə bayram süfrəsi təşkil edilib. Tədbirin sonunda “Mübarizlər” İctimai Birliyi və “Aran Media Group” tərəfindən tədbir təşkilatçılarına, iştirakçılara və xüsusi qonaqlara təşəkkürnamələr təqdim olunub, “Əkinçi”-Təhsil,Ekologiya və Sosial Tərəqqi naminə İctimai Birliyi ailəsinin “EL BİR OLSA” şüarı adı altında xatirə şəkili çəkilib.


