Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı – VİDEO
Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.
ARANTV.AZ xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib.
Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsinin qarşısını alıb.
O özünü itirməyərək, sükana nəzarət edib və avtobusu yolun kənarına çəkə bilib. Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb.

