Qazaxıstandan elektron siqaretlərə QADAĞA
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericiliyə elektron siqaretlərin idxalı, istehsalı və satışının qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Ölkə rəhbərinin imzaladığı qanun elektron siqaretlərin və onunla bağlı məhsulların reklamına da qadağa qoyur.
Düzəlişlər həmçinin bu qadağaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir.
Müvafiq düzəlişlər sənədin rəsmi dərcindən 60 gün sonra qüvvəyə minir.
Mənbə: TASS