Cəmiyyət 

Millət vəkilləri arasında gərgin anlar yaşandı – VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib.

Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərlə razılaşmayıb, həmkarına etirazını bildirib:

“Azərbaycanda dövlət maliyyə nəzarəti acınacaqlı vəziyyətdədir” kimi cümləni qəbul etmirik. Hesab edirəm ki, bu, görülən işləri ya görməzlikdən gəlmək, ya da üzərindən xətt çəkməkdən ibarətdir”.

Qüdrət Həsənquliyev Tahir Mirkişilinin etirazına cavab verib:

“Mən Tahir müəllimin etirazını başa düşmədim. Əgər 31 auditdən 27-də büdcə qanunvericiliyinin pozulması aşkarlanıbsa, deyim ki, maliyyə intizamı yaxşı vəziyyətdədir? Bunu necə demək olar? 31 auditdən 27-də ciddi nöqsanlar aşkar olunub. Bu səbəbdən etiraz edəndə də gərək ədalətli olmağa çalışasınız”.

Ətraflı Baku TV-nin süjetində:

Daha çox xəbərlər