YAP Bərdə rayon təşkilatı tərəfindən YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.
Xalqımızın ziyalı ordusu Ulu öndər Heydər Əliyev ideyalarının aparıcı daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının sıralarında olmağı özünə şərəf və qürur hesab edir. Xüsusilə, son illər Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızın əldə etdiyi böyük Zəfərlər və Qələbələr xalqımızın bu Partiyaya olan inam və bağlılığını ən yüksək həddə çatdırmışdır. Burada gənclərin, qadınların və ziyalıların say çoxluğu onun əbədiyaşarlılığına təminat yaradır. YAP Bərdə rayon təşkilatından YAP-a yeni üzv olanların içərisində ziyalıların sayı çoxluq təşkil edir. Bu da sıralarımızın həm kəmiyyət, həm keyfiyyət baxımından möhkəmliyini artırır. Bugünlərdə Akademik Z.Əliyeva adına məktəb-liseydə, şəhər internat tipli inkluziv gimnaziyada və Gərənə kənd tam orta məktəbində həmin ərazinin partiya təşkilatlarından partiyamıza yeni üzv olanların bir qrupuna üzvlük vəsiqələri təqdim edilmişdir. Təqdimetmədə rayon təşkilatı Aparatının məsləhətçisi Əlövsət Məmmədov, ƏPT sədri Könül Əliyeva, partiya fəalı, Akademik Z Əliyeva adına məktəb -liseyin direktoru Teymur Mustafayev, partiya fəalı, şəhər internat tipli inkluziv gimnaziyanın direktoru Seymur İslamov, Gərənə kənd ƏPT sədrinin müavini, məktəbin direktoru Səbinə Məmmədova iştirak etmişlər.
Yeni üzvləri bir daha təbrik edir və həyatda, siyasi fəaliyyətlərində uğurlar arzulayırıq!







