Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı – ÖZƏL

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı – ÖZƏL

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb.

Əməkdar artist Cavanşir Məmmədovun vəfatının ildönümündən sonra toyun baş tutacağı bildirilir.