“Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır” – Turizm eksperti
“Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun”.
Bu sözləri turizm eksperti Rəhman Quliyev BiG.AZ-a bildirib.
O qeyd edib ki,Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və beynəxalq tədbirlərdə iştirak etməsi ölkəni tanıdır:
“Əsas faktorlardan biri də Azərbaycandakı təhlükəsizlikdir. Eyni zamanda təbiət və otellərdə olan xidmət qonşu ölkələrdən fərqlənir. Son illər ərazilərimiz işğaldan azad olunandan sonra Qarabağ və Zəngəzur iqtisadi rayonunda tikilən yüksək kateqoriyalı otellər gələcəkdə ən yüksək fəaliyyəti göstərəcək. Bununla yanaşı Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və beynəxalq tədbirlərdə iştirak etməsi ölkəni tanıdır. Turizmdə də tanıtım lazımdır. Bu, Azərbaycan turizminə böyük töhfə verir. Azərbaycan qonşu ölkələr arasında öz liderliyini qoruyub saxlayacaq”.

