Cəmiyyət 

Elmira Süleymanova ilə vida mərasimi keçirilir – YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

ARANTV.AZ xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutur.

14:10

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.

Daha çox xəbərlər