Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

ANA MÜQƏDDƏS VARLIQDIR!

By Vüsal Rafiqoğlu
01.05.2024 4 Min Read

Haqqında söhbət açmaq istədiyim anam İmamova Minlik Zəkəriyə qızının 95  illik yubileyidir. Bu yazı ilə onun xatirəsini anmaq, qəlbimdəki duyğuları bölüşmək istəyirəm.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə mövqeyini uca tutub, analarımızı yüksək qiymətləndirirdi. O demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, xalqına olan hədsiz məhəbbəti,  gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir”.

Gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edib: “Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, baxışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var. Anam… Kaş bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona baxa biləydim. Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim…».

Bu sözləri oxuyarkən ananın bütün dünyadan, gözəlliklərdən, günəşdən, ay və ulduzlardan, uca dağlardan da gözəl, əzəmətli, əyilməz olduğunu görməmək özü elə dünya işığından məhrum olmaq deməkdir.

Beynimə hopmuş, hafizəmdə daşlaşmış anamla bağlı ötən illərin həzin xatirələri indiyədək köksümü qürurla qabartmaqdadır.

1929-cu ildə Şəkinin Baş Göynük kəndində dünyaya göz açan anam İmamova Minlik Zəkəryə qızı şərəfli, eyni zamanda keşməkeşli bir ömür sürüb. Anam 1949-cu ildə atam Mustafa Yusif oğlu ilə  ailə həyatı qurub. Anam zəhmətkeş bir insan olub. Əlindən yaxşı aşpazlıq gəlirdi. Öz aşpazlıq xidmətləri ilə kənd camaatının dərin hörmətini qazanmışdır. Baş Göynük özünəməxsus yeməkləri ilə seçilən kəndlərimizdən biridir. Bu özünəməxsusluq və fərqlilik daha çox bölgənin coğrafi şəraiti ilə bağlı olmuş və tarixən formalaşmışdır. Milli mətbəximiz son dərəcə zəngindir. Kənddə keçirilən  məclislərdə aşpazlıq missiyasını layiqincə həyata keçirərək məclis iştirakçıları üçün dadlı yeməklər bişirərdi. Anam olduqca təmizkar və səliqəli, insanlarla işləməyi bacaran, kişi qeyrətli, gülərüz bir xanım idi.

Azərbaycan mətbəxinə güclü təsir göstərən amillərdən biri də ocaqdır (ocaq, manqal). Yeməkləri ocaq vasitəsilə bişirirdi. Milli xörəklərin hazırlanmasında dadına və hazırlanma texnologiyasına, həmçinin ədviyyatdan geniş istifadə olunmasına fikir verirdi.

Anam çoxuşaqlı ana olub. Ailədə  9 uşaq olmuşuq: 6 bacı, 3 qardaş. Bizim qayğı yükümüzü daşımaq anamla atamın həyat tərzinə çerilmişdi.

Anam uzun müddət «Qafqaz» kolxozunda işləyib. Öz zəhmətinə güvənib. Doqquz övladı boya-başa çatdırmaq, onlara təhsil vermək, hər birini ev-eşik sahibi etmək, özü də bir hökumət idarəsinin qapısını döymədən, kimsəyə ağız açmadan, öz halal zəhməti ilə övladlarını böyüdüb. Bunun hansı məşəqqətlər və çətinliklər bahasına başa gəldiyini dərk etmək o qədər də çətin deyil. Özü də çox ağır bir şəraitdə. Ev şəraiti olduqca əlverişsiz bir durumda.

Məhrumiyyətlər şəraitində yaşamağımıza baxmayaraq, anam çətinliyə tab gətirərək, övladlarını sağlam, vətənpərvər böyüdüb, dövlətimizə sədaqətli olmağımızda və boya-başa çatmağımızda bir ana kimi müstəsna xidmətləri olub.

Biz valideynlərimizdən örnək götürərək övladlarımıza vətənpərvər və dövlətimizə sədaqətli olmalarını tövsiyə etmişik.

Atam və anam uzun ömür yaşamalarına baxmayaraq, dövlət orqanlarının qapılarını belə tanımayıblar, çünki qanunun aliliyinə həmişə riayət ediblər, o cümlədən biz övladlar da. Sağlam bir ailənin başçıları olublar. Belə dəyərli bir ailədə böyüyüb, boya-başa çatan, anamın nəticəsi Əhməd Hacıyusifov 44 günlük Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuş, digər nəticələri Sadiq Mustafayev, Məhəmməd Məmmədov və  Elmir Hacıyev isə mətinlik göstərərək ağır yaralanmışlar, qazidirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən onların döyüş yolları yüksək qiymətləndirilmiş, hər biri müxtəlif medallarla təltif edilmişlər.

Sağlam ailə sağlam cəmiyyət deməkdir.

Dövlətin əsasını da sağlam ailələr təşkil edir. Anam İmamova Minlik Zəkəryə qızının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1980-ci ildə “Əmək Veteranı” medalı, 1960 və 1968-ci illərdə  Azərbaycan SSR-nin Ali Soveti tərəfindən I və II dərəcəli  “Analıq medalı”, 1964, 1968 və 1969-cu illərdə isə I, II və III dərəcəli “Analıq şöhrəti” ordeni ilə təltif olunmuşdur.

Uca Peyğəmbərimiz də “cənnət anaların ayaqları altındadır” deyib. Bununla da anaların ucalığının, müqəddəsliyinin ölçüsünü göstərib. Anamız bizə hər şeyi öyrədib. Anamız bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə baxmağı, ədalətli olmağı öyrədib. Nə biliriksə, hər şeydə ana-atamıza borcluyuq, çünki bizə dövlətə bağlı olmağımızı öyrədib.

Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur.

Yoxsa da dünyanın ucu-bucağı,

Hər yerdən  istidir ana qucağı.

Anamız bizə həyatda əyilməməyi, məğrur olmağı öyrədib. Həyatda qazandığım nailiyyətlər üçün anamın ruhu qarşısında baş əyirəm!

Dahi ədib Hüseyn Cavid haqlı olaraq demişdir ki, anasız nəinki övlad, millət belə yetimdir. Görkəmli şair Abdulla Şaiqin fikrincə isə ata ağıl, ana da coşqun ürəkdir. Bunun ikisinin bir yerdə olması isə bəxtəvərlikdir. Ədəbiyyatımıza şeir inciləri yadigar qoymuş böyük şair Səməd Vurğun isə anasız həyatı zindan adlandırıb.

Yaşından-başından asılı olmayaraq, laylalı günlərinə qayıdırsan. Əvvəlcə beşik başında analar, sonra isə beşikdəki yavrular böyüyüb Vətən sərhədlərində torpağın, millətin və nəhayət, anaların keşiyini çəkirlər. Qəribə oxşarlıq və bağlılıqdır. Yer üzünün ilk əsgəri analardır, ilk himni də ana laylası! Təəssüf ki, analı günlərin ömrü çox da uzun olmur. Nə vaxtsa ana itkisi qapımızı döyür. Bu dərd isə çox dözülməzdir. Hətta insan qocalıb əldən düşənə qədər anasızlığı ilə barışa bilmir.

Xalqımızın mənəvi zənginliyinə, adət-ənənələrə dayanıqlı sədaqət ruhu Baş Göynük kəndində də qorunub saxlanılır. Dürüst və ləyaqətli ömür yaşamış anamın xətir-hörmətini saxlamaq, onun qədir-qiymətini bilmək övladlıq borcudur. Doğma yurdumuzda xatirəsinə ehtiram göstərilən xanımlardan biri də anamdır. Neçə ildir dünyasını dəyişsə də, kənd əhli onun xeyirxahlığını, mərdliyini, əyilməzliyini unutmayıb. Xoşbəxt o adamdır ki, bu dünyada nə üçün, nədən ötrü yaşadığını bilir. 81 illik bir ömür sürmüş anam Minlik Zəkəryə qızı da belə xoşbəxt insanlardan biri idi. Allahdan anama rəhmət diləyirəm və ruhu şad olsun deyirəm. Mən xoşbəxt bir insanam ki, dövlətimizi sevən dəyərli bir ailənin üzvü olmuşam.

Sonda anamın timsalında onu qeyd etmək istərdim ki, insaniyyətlik deyilən mənəvi dəyər sahibi olmuş insanlar unudulmamalıdırlar.

Cənnətdəki 95 yaşın mübarək olsun, əziz anam!

Anam, anam, ay anam, mənim ordenli anam,

Anaların anası, anaların xasısan!

Yaşadın bir elatda, hörmətli qadın kimi,

Sevdi səni qohumlar, sevdi səni qonşular.

Övladların da sənin, Allahdan aşağıda

Hey səcdənə durdular, çoxlu övlad böyütdün,

Oğlanların igid, nər, qızların xanım, nazənin.

Ağbirçəyi seçildin, bu elatın, bu elin.

Sənsiz keçməzdi heç bir məclis.

Hamının məsləhəti, güvənən bir yeriydin,

Hörmət edərdi sənə cavanlar, həm yaşlılar.

Ordenli-medallı anam, mənim saralan dünyam,

Tərk edib, getdin bizi, bu dünyanı dəyişdin,

Öz dünyana qovuşdun.

Yerin çox yumşaq olsun,

Qəbrin hey nurla dolsun!

İsmayıl İmamov

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ulu Ləmbəlim

Next

Çində magistral yol çöküb: Avtomobillər və sürücülər dağıntılar altında qalıblar – FOTO/VİDEO

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv