Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alan hərbçilərimizin ADLARI – YENİLƏNİB + FOTO/VİDEO
Kəlbəcər rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlərin kimliyi müəyyənləşib.
“Report”un məlumatına görə, adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:
Elvin İxtiyar oğlu Nəsibov
Xəzər Hilal oğlu Vəzirzadə
Mehman Cəfərqulu oğlu Babayev
Müslüm Mürsəl oğlu Novruzov.
16:30
Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Fuad Cəlal oğlu Əhmədov vəfat edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) bildirilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərin nəzarəti altındadırlar.
“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, – MN-dən bildirilib.
13:23
Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.
Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

