Cəmiyyət 

Bakıda hoteldə kütləvi zəhərlənmə: İki nəfər öldü, digər iki nəfərin son durumu AÇIQLANDI – YENİLƏNİB + FOTO

Bakıda, məşhur hotellərin birində zəhərlənən şəxslərin son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, iki nəfər – Xəzər Cabbarlı və Nicat Cabbarlı zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

13:58

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

Bakupost.az xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Almaz Qasımova

Kliniki Tibbi Mərkəzdən

Daha çox xəbərlər