DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ: “Sosial şəbəkələrdə diqqətli olun” – VİDEO
Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı nazirlik sosial çarx hazırlayıb.
“Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalırlar. Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın”, – deyə nazirliyin yayımladığı videoçarxda bildirilib.

